Bayden Putini "qəssab" adlandırdı

   Bayden Putini    "qəssab"    adlandırdı
  27 Mart 2024    Oxunub:995
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini növbəti dəfə təhqir edib. O, Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən Rusiya liderini “qəssab” adlandırıb.
Amerikalı milyarderlərə qarşı vergilərin artırılmasından danışan Ağ Ev rəhbəri bu vəsaitlərin Kiyevə yardıma gedə biləcəyini bildirib:
ABŞ prezidentinin müşavirinin evinə peyin atdılar


“Biz çox şey edə bilərik! Xüsusilə, Ukraynanı qəssab Putindən qorumağın qayğısına qalacağıq”.

2022-ci ilin yazında Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti