"Yerevan Today" Nikol Paşinyanın oğlu Aşotun ana və bacılarından fərqli olaraq atası ilə heç vaxt xarici səfərlərə getməməsinin səbəbini araşdırıb.
Nəşr yazır ki, bu barədə baş nazirin oğluna sual etdikdə, Aşot belə cavab verib ki, guya ailədən kənar qalmağın elə bir ciddi bir səbəbi yoxdur: “Mənə bununla bağlı sual ünvanlayırlar. Amma mən dəyişikliyi elə də sevmirəm. Ümid edirəm ki, buna görə mənə qəzəblənməzlər. Belə bir tempdə yaşamağı heç sevmirəm. Mən ölkəni daha uzunmüddətli və daha başı dinc şəkildə tərk etməyi xoşlayıram”.
Bəzi müxalixət saytları isə Aşotun səfərlər zamanı ölkədən çıxmamasının mümkün aviaqəzalar zamanı ailənin heç olmasa bir üzvünün sağ qalması ilə əlaqələndirirər.
Xatırladaq ki, bir müddət öncə Aşot Paşinyan evində sərgi təşkil etdiyi üçün də gündəmə gəlmişdi. Yerli media yazır ki, həmin ev artıq satılıb.
Tural Tağıyev
AzVision.az