Moskvadakı terrorla bağlı daha bir şübhəli saxlanılıb

   Moskvadakı terrorla bağlı daha bir şübhəli saxlanılıb
  28 Mart 2024    Oxunub:862
"Crocus City Hall"da terror aktı törətmiş terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən daha bir nəfər müəyyənləşdirilərək saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.

Məlumata görə, terrorçularla ukraynalı millətçilər arasında mümkün əlaqəyə dair sübutlar əldə olunub.

"Terror aktını törədənlərə Ukraynadan xeyli miqdarda pul və kriptovalyuta daxil olması ilə bağlı istintaq məlumatları var. İlkin istintaq terrorçuların hərəkətlərinin planlaşdırıldığını, ciddi hazırlıq və maliyyə dəstəyini təsdiqləyir. İstintaq bu terror aktı ilə bağlı işdə daha bir şəxsin tutulmasına çalışacaq. Sübutlar saxlanılan terrorçularla iş, onlardan götürülən ləvazimatın öyrənilməsi və maliyyə əməliyyatları haqqında məlumatların təhlili nəticəsində əldə edilib", - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı   istintaq  





Xəbər lenti