Tacikistanda “Krokus” faciəsi ilə bağlı 9 nəfər saxlanılıb

 Tacikistanda “Krokus” faciəsi ilə bağlı    9 nəfər saxlanılıb
  29 Mart 2024    Oxunub:1210
Tacikistanda 9 nəfər saxlanılıb. Onlar Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da terror aktını törədən şəxslərlə əlaqə saxladıqları üçün nəzarətə götürülüblər.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.

2 ildi Ukraynada döyüşən QRU polkovniki "Krokus"da öldürüldü
Mənbə qeyd edib ki, saxlanılanların Moskvada dəhşətli faciəni törədənlərlə əlaqə şübhələrindən başqa, İŞİD terror təşkilatı ilə bağlılıqları da yoxlanılacaq.

Xatırladaq ki, martın 22-də Moskvada dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl dəhşətli terror aktı törədiblər. Onlar “Krokus”un binasına soxularaq qarşılarına çıxan hər kəsə atəş açdıqdan sonra binanı yandırıblar. Terrorçular avtomobillə qaçsalar da Bryansk vilayətində saxlanılıblar. Faciəvi hadisə nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb. 95 nəfər itkin düşmüş hesab olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Terror   Düşənbə  





Xəbər lenti