Peskov İran səfirliyinin vurulmasını pislədi
Jurnalist Peskova İsrail rəsmilərinin konsulluğa hücumu şərh etmədiklərini xatırladıb. O, Kremlin qalmaqallı hadisə ilə bağlı rəyinin olub-olmamasına aydınlıq gətirilməsini xahiş edib.
"Hazırda biz nəticə çıxarmağa tələsməməliyik. Lakin istənilən halda belə zərbələrin endirilməsi beynəlxalq hüququn bütün əsaslarının pozulması və təcavüz aktıdır", - Peskov cavab verib.
Xatırladaq ki, İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb. İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.
Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.
SEPAH generalı Məhəmməd Hadi Hacı Rəhimi İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olanlar arasındadır. Rəhimi bu hücumda öldürülən SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb.
AzVision.az
Teqlər: