“Xalq belə bir axmağı seçməməli idi" - Erməni general

   “Xalq belə bir axmağı seçməməli idi"    - Erməni general
  03 Aprel 2024    Oxunub:901
Xəbər verdiyimiz kimi İrəvan Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrin şəxsi heyətini və hərbi texnikasını, o cümlədən artilleriya qurğularını intensiv şəkildə toplayır. Hərbi aktivlik xüsusən də Qazaxın işğalda qalan kəndləri yaxınlığında müşahidə olunur.
Hazırkı durumu şərh edən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan bölgədə hərbi vəziyyətin Ermənistanın əleyhinə olduğunu deyib.

AzVision.az xəbər verir ki, o, 168.am-a açıqlamasında Azərbaycanın Ermənistanın nəzarətində qalan kəndləri geri istəməsindən də danışıb.

Akopyan Paşinyanı xəstə və cahil adlandırdı
"Hətta uşaq bağçasında olan balacalar da Ermənistan hakimiyyətinin haqqında danışdığı Tavuşun əhəmiyyətini anlayır. Əslində mənim bu məsələlərlə bağlı heç bir fikrim yoxdur. Artıq nələrisə demək üçün çox gecdir. Bizim məsələhət və fikirlərimiz nəyəsə kömək edəcəkmi? Bu iqtidarda hər şeyi tərsinə danışmaq lazımdır. Məsələn, qol qoyulmamalı işi buna imza atın deməliyik ki, İrəvan onu etməsin...

Mənim fikirlərimdən təəccüblənməyin, bütün bunlar haqqında üç il əvvəl xəbərdarlıq etmişdim. Üç ildir ki, eyni məsələlərdən təkrar-təkrar danışıram. Proseslər Tavuşla bitməyəcək və bu hamıya çox gözəl məlumdur. Arxivləri açıb verdiyim müsahibələrimi bir-bir oxuyun və nələri proqnozlaşdırdığımı görəcəksiniz”, - Movses Akopyan ölkəsinin düşdüyü ağır durumdan gileylənib.

O iddia edib ki, İrəvan Azərbaycanın tələb etdiyi tarixi və əzəli torpaqlarını geri qaytarsa, Ermənistan, xüsusən də Tavuş bölgəsi ciddi təhlükəsizlik problemi ilə üzləşəcək:

“Xalq belə bir axmağı (Paşinyanı nəzərdə tutur-red.) seçməməli idi. Ölkəyə rəhbərlik edə biləcək birini seçin. Kütləyə kimin rəhbərlik edəcəyinə yalnız xalq qərar verir. İndi erməni xalq qərar verib ki, Nikol bizə rəhbərlik etməlidir. Bundan niyə təəccüblənirsiniz axı? Xalq qərar verdi və Nikol da ölkəmizi istədiyi kimi idarə edir”, - Akopyan vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   General  





Xəbər lenti