"İsrail İranla müharibəyə hazırdır" - Səfir

      "İsrail İranla müharibəyə hazırdır"    - Səfir
  03 Aprel 2024    Oxunub:1050
"İsrail hər zaman İranla mümkün hərbi toqquşmaya hazır olub və indi də hazırdır".
AzVision.az xəbər verir ki, bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Simon Halperin brifinqdə çıxışı zamanı deyib.

ABŞ İranın cavab zərbələrindən qorxur - “New York Times“
İranın Dəməşqdəki konsulluğuna olan hücumdan sonra Tehranın mümkün cavabını şərh edən səfir qeyd edib ki, İsrail hazırda hər şeyə hazırdır: "Hər zaman özünüzü müdafiə etməyə hazır olmalısınız".

O, ölkəsinin İran konsulluğunun vurulması hadisəsi ilə bağlı sözünün olmadığını da vurğulayıb. Səfir iddia edib ki, məlum qalmaqallı hücum konsulluğa deyil, yaxınlıqdakı binaya olub. Diplomat həmçinin Beyruta da xəbərdarlıq edib: "İsrailin şimalında ikinci cəbhə açılarsa, bunun Livan üçün nəticələri çox ağır olacaq".

Qeyd edək ki, Təl-Əviv İranın Dəməşqdəki konsulluğna hava zərbələri endirib. İran prezidenti Rəisi İsrailin Dəməşqdəki konsulluğa hücumuna ağır cavab veriləcəyini vəd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran   Səfir   Müharibə  





Xəbər lenti