"Xaçlılar"ın komandiri sərsəmlədi: "Bakı ilə sülh yox, döyüş istəyirik"

 "Xaçlılar"ın komandiri sərsəmlədi:  "Bakı ilə sülh yox, döyüş istəyirik"
  05 Aprel 2024    Oxunub:1228
Ermənistanın son günlərdə Azərbaycanla şərti sərhəddə qoşun və hərbi texnikalar toplaması revanşist qüvvələri yeni təxribatlar üçün ruhlandırıb.
Məsələn, ermənilərin "Səlibçilər" ("Xaçlılar" da adlandırılır-red) dəstəsinin komandir müavini Şahe Açemyan yerli mediaya verdiyi müsahibədə sərsəm fikirlər səsləndirib. Dəmir yumruq üçün darıxan hərbi cani Azərbaycana məxsus olan kəndləri geri qaytarmayacaqlarını deyib.

Melkonyan: “İlham Əliyev bizdən öz xalqının torpaqlarını istəyir“
Jurnalist xatırladıb ki, "Nikol Paşinyan Tavuş istiqamətdə olan 4 Azərbaycan kəndini geri qaytarmasaq, müharibə olacağını deyib. Üstəlik, bu müharibənin ssenarisini təsvir edərək qeyd edib ki, İrəvan dərhal uduzacaq". Açemyan isə bunu Paşinyanın kapitulyasiyaya meylli olması ilə əlaqələndirib.

- 2018-ci ildən bəri dediyim proqnozların hamısı peyğəmbər fikirləri kimi düz çıxdı. İndi proseslər Tavuşa qədər gəlib çatıb. Bütün bunları görəndə bir şeyi deyə bilərəm ki, düşmənimiz kənarda yox, hökumət binasında oturub. Qarabağı təslim etdik, indi isə Tavuşa keçmişik. Növbəti hədəf Zəngəzur və Geqarkunik olaca. Tavuşlular deyir ki, bu kəndlər də onlarındır. Kəndlilər torpaqlardan əl çəkməyəcəklərini israr edirlər. Bəs niyə yalnız onlar bu torpaqlara sahiblik göstərməyə çalışırlar? Bu nədir? Millət yoxdur? Əgər varsa, niyə ancaq tavuşlular bu torpaq üçün vuruşmağa hazırlaşırlar? Bizi müharibə ilə qorxudurlar. Amma biz müharibəyə gedəcəyik.

- Problem ondadır ki, Paşinyan bizim müharibədə uğur qazana bilməyəcəyimizə əminliyini ifadə edir. Əldə etdiyimiz məlumata görə, o, hətta komandasına açıq şəkildə bəyan edib ki, əgər Azərbaycan qoşunları sərhəddən içəri daxil olarsa, onların qarşısını İrəvana qədər ala bilməyəcəyik.


Erməni komandir cavab olaraq deyib ki, hərb həyatında yalnız əsgər olmuş Paşinyanın indi ordu haqqında dediklərini ciddiyı almaq olmaz. O, hərb elmindən xəbərdar deyil.

- Bizim onun fərziyyələrinə ehtiyacımız yoxdur. Biz 90-cı illəri görmüş adamlarıq. Həmin illərdə Azərbaycanın bizdən təxminən 30 dəfə çox silahı var idi.(?) Amma biz həmin vaxt qalib gəldik. Ona görə də, insanları qorxutmağa ehtiyac yoxdur.

- O, sülh istədiyini desə də, ölkəyə ancaq fəlakətlər gətirir.

- Sülh istəyirsənsə, göyərçin ol, Bakıya uç. Biz sülh deyib yalvarmırıq. Haqqımızı istəyirik, ordumuzu silahlandırmaq, torpaqları qorumağa çalışırq. Qoy o, öz başına yalançı dünyası ilə məşğul etsin, bütün partiyası üçün göyərçin olsun... Bizə belə liderlər lazım deyil.

- Ümumiyyətlə, belə problemlər lokal xarakter alıb. Biz belə hesab edirdik ki, Qarabağ ermənilərinin problemi onların özlərinə məxsusdur. İndi isə deyirik ki, Tavuşdakı məlum kəndlərlə ancaq bu bölgənin sakinləri məşğul olmalıdır. Xalqımız niyə belə oldu?

- Xalqımız elə formalaşdığı gündən erməni vətənpərvərliyini yox, soveti gördü. Bizim xalqımıza əvvəlki erməni vətənpərvərliyi lazımdır. Bütün problem bundadır.

Xatırladaq ki, martın 7-də sərhəddə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib.

Bundan 2 gün sonra isə, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edib.

Martın sonlarında isə Ermənistanın baş naziri sərhəd kəndlərinin sakinləri ilə görüşü zamanı İrəvanın Bakı ilə Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməsini vacib sayıb. O, əks halda bölgədə yeni münaqişənin başlayacağını iddia edib.

Son günlər isə İrəvan Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrin şəxsi heyətini və hərbi texnikasını, o cümlədən artilleriya qurğularını intensiv şəkildə toplayır. Hərbi aktivlik xüsusən də Qazaxın işğalda qalan kəndləri yaxınlığında müşahidə olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sərhəd   Azərbaycan   Sülh  





Xəbər lenti