İran "İsraili vuracağam" deyir, amma müharibədən də qorxur

İran "İsraili vuracağam" deyir,    amma müharibədən də qorxur
  05 Aprel 2024    Oxunub:983
Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra cavab tədbirləri görməyə hazırlaşır. Bununla belə İran Yaxın Şərqdə münaqişənin qızışmasından və proseslərin daha geniş qarşıdurmaya çıxmasından qaçmağa çalışır.
Bu fikirlər "Washington Post"da dərc olunan məqalədəndir. Nəşr mənbələrinə istinad edərək yazıb ki, İranın bütün aqressiv ritorikalarına baxmayaraq, onlar çox güman ki, istənilən sərt cavabı diqqətlə nəzərdən keçirəcəklər...

Yeni cəbhə: İsrail-İran müharibəsi başlayır?
"Bu ölkə hələ də İsrail qoşunları ilə atışan və onun əsas müttəfiqi olan ABŞ hərbçilərinə Yaxın Şrəqdə hücum edən proksi qüvvələri dəstəkləmək qabiliyyətini qoruyur. Tehran belə bir fonda baha başa gələcək müharibəyə cəlb olunmamağa ümid edir", - "Washington Post" adı açıqlanmayan analitiklər, Qərb rəsmiləri və İranın dəstəklədiyi silahlı qruplara yaxın insanlara istinadən xəbər verir..

İranın dəstəklədiyi Livanın "Hizbullah" hərəkatı ilə əlaqəsi olan mənbənin sözlərinə görə, Tehran Təl-Əvivin onları regional müharibəyə təhrik etməsi ideyasına inanır. Yaxud da, İsrail hazırda regionda cərəyan edən müharibəni genişləndirmək üçün iranlıları prosesə sürükləməyə çalışır.

Xatırladaq ki, bir neçə gün öncə Təl-Əviv İranın Dəməşqdəki konsulluğna hava zərbələri endirib. İran prezidenti Rəisi İsrailin Dəməşqdəki konsulluğa hücumuna ağır cavab veriləcəyini vəd edib.

AzVision.az



Teqlər:   İran   İsrail   Müharibə  





Xəbər lenti