Döyüşə TikTokerlər getmir

Döyüşə TikTokerlər getmir
  09 Aprel 2024    Oxunub:716
Məşhur rusiyalı TikToker və bloger Dana Miloxinə orduya çağırış vərəqəsi gəlib.
AzVision.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Kolluqda döyüş imitasiyası yaradan "Kadırovçılar" - VİDEO
Qeyd olunur ki, hərbi sənəd onun Moskva yaxınlığındakı evinə göndərilib. Telegram kanalının məlumatına görə, 22 yaşlı Miloxin hazırda Tailandda yaşayır və hələlik müharibə aparan orduda xidmət etməyi planlaşdırmır.

Bəzi saytlar Miloxinin Ukrayna müharibəsinə cəlb edilmək üçün çağırış aldığını yazıb. "Mash" isə bunun sadəcə yaz çağırış dönəmində olan adi bildiriş olduğunu bildirib.

Qeyd edək ki, blogerə ünvanlanmış ilk çağırış 2023-cü ilin oktyabrında onun Anapadakı ünvana gəlmişdi. Həmin vaxt yerli media Miloxinin atası oğlunun uzun müddətdir ki bu ünvanda yaşamadığını bildirərək sənədə imza atmaqdan imtina etmişdi.
AzVision.az



Teqlər:   Rusiya   Ordu  





Xəbər lenti