Terrordan sonra Rusiya "miqrant ov"una çıxıb - "Politico"

   Terrordan sonra Rusiya "miqrant ov"una çıxıb    - "Politico"
  10 Aprel 2024    Oxunub:782
Tacikistan, Özbəkistan və Qırğızıstan kimi bir sıra ölkələr öz vətəndaşlarını Rusiya Federasiyasındakı kütləvi tədbirlərdə iştirak etməməyə və evdə qalmağa çağırır. Bu, 2024-cü ilin martında "Crocus City Hall"da baş verən və ən azı 143 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlıdır.
Bu fikirlər "Politico" dərc olunan məqalədəndir.

"Terror izləri Kiyevlə ABŞ-a aparır" - Patruşev
Qeyd edilir ki, hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürsə də, Kreml günahı Ukrayna, ABŞ və Böyük Britaniyada görür.

Müəllif yazıb ki, Rusiya terror aktına cavab olaraq miqrantlara, ölkədəki etnik azlıqlara, o cümlədən Mərkəzi Asiyadan olan və ümumilikdə qeyri-slavyan görünüşlü insanlara qarşı repressiyalara əl atır. Moskva kütləvi həbslər həyata keçirir, miqrantları Rusiya Federasiyasından deportasiya edir.

Nəşrin məlumatına görə, gücləndirilmiş yoxlama tədbirləri və axtarışlar nəticəsində martın sonunda 40-a yaxın miqrant Moskva yaxınlığında iş yerindəcə saxlanılıb. 400-dən çox insan isə ölkədən deportasiya edilib: "Məhz bu səbəbdən Tacikistan, Özbəkistan və Qırğızıstan hökumətləri Rusiyadakı vətəndaşlarını ictimai tədbirlərdə iştirakdan çəkinməyə, maksimum dərəcədə yaşadığı evlərdən tərk etməməyə çağırıb".

Miqrantlar internet üzərindən təhdidlər alırlar. Burada millətçilər onları “evlərinə qayıtmağa” çağırırlar. Nəşrin məlumatına görə, hətta Asiya əsilli bəzi ruslar Mərkəzi Asiyaya köçmək imkanlarını nəzərdən keçirirlər.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-dan çox adam ölüb.

AzVision.az



Teqlər:   Miqrant   Terror  





Xəbər lenti