İranın İsrailə qarşı hərbi əməliyyatı başa çatdı |
SAXAL-ın mətbuat xidməti "Hizbullah" hədəflərinə hücumun videosunu yayıb. Qeyd edilir ki, Beyrutdan 55 km şərqdə yerləşən Nəbi -Çit bölgəsindəki silah istehsalı müəssisəsinə zərbə endirilib.
Aprelin 14-nə keçən gecə İran 300-dən çox pilotsuz təyyarə, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketlərin və pilotsuz təyyarələrin 99%-i İsrailə yaxınlaşarkən Arrow uzaqmənzilli raketdən müdafiə sistemi və döyüş təyyarələri tərəfindən məhv edilib.
Rəsmi Tehran bildirib ki, Təl-Əvivin cavab hücumu olacağı təqdirdə, İran daha böyük zərbə endirəcək.
Şahanə Rəhimli
AzVision.az