ÇAXAL İrana necə cavab verəcəyini qərarlaşdırıb - “Jerusalem Post”

ÇAXAL İrana necə cavab verəcəyini qərarlaşdırıb    - “Jerusalem Post”
  17 Aprel 2024    Oxunub:577
İsrail ordusu İranın hücumlarına necə cavab verəcəyini artıq qərarlaşdırıb. Lakin Təl-Əviv hələ də zamanla bağlı qərar verməyib.
AzVision.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Sunak: "Məsələyə sakit başla yanaşmaq lazımdır"
Qeyd olunur ki, hücumla baxlı seçiləcək zaman dəyişə bilər. Ümumilikdə çətin hücum hazırlıq prosesi səbəbindən hazırda müzakirə olunan qərar da dəyişə bilər.

"Bununla belə, hücum qərarının hələ də aktiv şəkildə müzakirə olunmasının özü İsrail rəhbərliyinin bu məsələdə nə qədər ciddi olmasını və əzmini göstərir. Hərçənd hazırki siyasi proseslərdə müşahidə olunan bütün əlamətlər rəsmilərin Qüdsün regional müharibəyə çevrilməməsi üçün hücumun qarşısını almağa sadiq qaldığını göstərir", - nəşr yazıb.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər atıb. Tehran bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.
AzVision.az



Teqlər:   İsrail  





Xəbər lenti