NYT: İsrail uyğun gördüyü zamanda İrandan qisas alacaq

   NYT:    İsrail uyğun gördüyü zamanda İrandan qisas alacaq
  18 Aprel 2024    Oxunub:905
"İsrail İranın məlum hücumlarına lazım bildiyi zamanda Pilotsuz Uçuş Aparatları (PUA) və raketlərlə cavab verəcək. Hakim dairələr müxtəlif üsullar üzərində işləyirlər".
Bu fikirlər “The New York Times”da (NYT) dərc olunan məqalədəndir. Nəşr adı açıqlanmayan İsrail rəsmisinə istinad edib.

Təl-Əvivdən olan yüksək rütbəli məmur qeyd edib ki, dövlətin cavab tədbirlərini reallaşdırmaq üçün “bir neçə üsulu” var.

ÇAXAL İrana necə cavab verəcəyini qərarlaşdırıb - “Jerusalem Post”
Mənbənin məlumatına görə, variantlar arasında İsrail nəinki İran ərazisinə birbaşa zərbə endirməyi, həmçinin bu ölkədən kənarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə hücumları da nəzərdən keçirir.

"Bundan başqa, cavab tədbirlərində “kiberhücumlar və qətllər” də istisna olunmur”, – qəzet yazıb.

Mənbə onu da vurğulayıblar ki, "Eyni zamanda, İsrail ciddi eskalasiyaya başlamazdan əvvəl Tehrana aydın siqnallar göndərməyə çalışır”.

“The New York Times” həmçinin xatırladıb ki, İran liderləri artıq İsrailin istənilən zərbəsinə ölkənin qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər atıb. Tehran bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.
AzVision.az



Teqlər:   İsrail   İran  





Xəbər lenti