İranın hava limanları İsrailin hücumundan sonra fəaliyyətini bərpa edib

   İranın hava limanları İsrailin hücumundan sonra fəaliyyətini bərpa edib
  19 Aprel 2024    Oxunub:586
İran bir neçə hava limanına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazerluya istinadən məlumat yayıb.

İran İsrailin raket hücumunu təsdiqləməyib
"Ölkənin bəzi hava limanlarına tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırılıb", - Yazerlu bildirib.

Xatırladaq ki, İsrailin İrana hücum etməsi ilə bağlı xəbərlər yayılıb. Hətta bəzi saytlar İsfahan əyalətində partlayışların olmasını əks etdirən görüntüləri də dərc edib. İran rəsmisi Reuters-ə açılqmasında deyib ki, baş verən partlayışlar İranın hava hücumundan müdafiə sistemlərinin işinin nəticəsidir. O, iddia edib ki, İrana qarşı heç bir raket hücumu həyata keçirilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran  





Xəbər lenti