"Ermənistan KTMT-dən çıxsa, Cənubi Qafqazda güc balansı dəyişəcək" - Tasmaqambetov

"Ermənistan KTMT-dən çıxsa, Cənubi Qafqazda güc balansı dəyişəcək"    - Tasmaqambetov
  24 Aprel 2024    Oxunub:610
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Cənubi Qafqazda güc balansı dəyişəcək.
AzVision.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

Ermənistan KTMT-dən çıxır? - İrəvan tarix açıqlamır
"Ermənistanla KTMT arasında fərziyyədən başqa bir şey olmayan "qarşıdurma" ehtimalını müzakirə edərkən, tərəflərin resurs bazasını və real imkanlarını nəzərə almaq lazımdır. Ona görə də bu məsələ, hətta hazırda mümkün olmasa belə, son dərəcə aktual olaraq təhlil tələb edir",- o qeyd edib.

Tasmaqambetov qeyd edib ki, sürətlə dəyişən dünyada suverenlik əlavə dəyər qazanır və səmərəli müttəfiqliyin əsas meyarlarından birinə çevrilir. Bu baxımdan, KTMT məlum amilin tam nəzərə alındığı bir assosiasiyadır.

Qeyd edək ki. Ermənistan rəhbərliyi dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Nəinki baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan da açıqlamalar verərək bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   KTMT  





Xəbər lenti