ATACMS raketləri Rusiya üçün ciddi təhlükədir |
Qeyd edək ki, məşhur “Le Monde” qəzeti də bir neçə gün öncə oxşar mövzuda yazı dərc edib. Nəşr Avropa ölkələrinin öz ehtiyatlarından “Patriot” kimi mühüm silahları Ukraynaya göndərmək istəmədiklərini yazıb. Xüsusilə, söhbət Fransa, Böyük Britaniya, Hollandiya və Polşadan gedir. Beləliklə, onlar öz silah potensialını qoruyub saxlamaq niyyətindədirlər.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az