Xeyrımlıda delimitasiyaya başlanıldı

   Xeyrımlıda delimitasiyaya başlanıldı
  06 May 2024    Oxunub:731
Xeyrımlı (Kirants) kəndində sərhədin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.
Bu barədə Kirants kəndinin başçısı Kamo Şahinyan erməni jurnalistlərə məlumat verib. O bildirib ki, tədqiqatçılar artıq kənddədirlər.
Qazaxın 4 kəndi qaytarılır


“Kənddə çoxlu sayda polis var. Kəndlilər gərgin vəziyyətdədirlər, lakin heç nə edə bilmirlər, yol bağlanmayıb” , - deyə Şaqinyan əlavə edib. Kəndin başçısının dediyinə görə, geodeziya mütəxəssislərinin orada üç gün olacağı güman edilir.

Xatırladaq ki, aprelin 19-da baş tutan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq barədə razılığa gəlib.

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Həmçinin bax:

Simonyan jurnalistlərlə məzələndi: Paşinyanı devirmək üçün 2337 adam lazımdır

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti