"Deyirsiniz ki, delmitasiyaya son qoyaq, bəs sonra..."

  "Deyirsiniz ki, delmitasiyaya son qoyaq, bəs sonra..."
  07 May 2024    Oxunub:892
"Bəzi qüvvələr Ermənistan-Azərbaycan sərhədinin Tavuş hissəsində delimitasiya və demarkasiyanın aparılmasını istəmirlər". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, delimitasiyadan imtina müharibə ilə nəticələnəcək və bu halda müharibə legitimliyini itirməyəcək.
Paşinyan noyabra qədər sülh müqaviləsinin imzalanmasına razıdır


“Əziz jurnalistlər, hörmətli din xadimləri, yepiskoplar, katolikos həzrətləri, siz deyirsiniz ki, bu gündən etibarən delmitasiyaya son qoyaq. Sonra nə olacaq? Mən deyim - müharibə".

Paşinyan bildirib ki, delimitasiyaya son qoyulmasını tələb edənlər bəzi xarici qüvvələrin dəstəyindən yararlanırlar.

"Onlar respublikanın bəzi ərazilərini işğal edərək siyasi dəyişikliklər etmək məqsədini güdürlər".

Xatırladaq ki, aprelin 19-da baş tutan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq barədə razılığa gəlib.

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qeyd edək ki, erməni kəndlilər Tavuş vilayətində revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Bununla bağlı yaradılan “Vətən naminə Tavuş” hərəkatının nümayəndələri Kirants (Xeyrımlı) kəndindən İrəvana yürüşə başlayıblar. Mayın 9-da onlar Ermənistan paytaxtına gəlməyi planlaşdırırlar.

Həmçinin bax:
Paşinyan Putinlə gözlənilən görüşündən danışdı

Paşinyan Rusiya kanallarını bağlamaqla hədələdi

"Delimitasiyanı tənqid edənlər hərbi münaqişəyə can atırlar" - Paşinyan
Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti