Almaniyada Azərbaycanın turizm potensialı təbliğ edilir
“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2500-dən çox turizm şirkəti və digər təşkilatlar stend və pavilionla iştirak edir. Mayın 16-dək davam edəcək sərgini 15 mindən çox beynəlxalq peşəkar turizimçinin ziyarət edəcəyi gözlənilir.
Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.
Xatırladaq ki, MICE tipli sərgilərin məqsədi görüşlər, təşviqlər, konfranslar və sərgilərin təşkilidir.
AzVision.az
Teqlər: