Putin yeni müdafiə nazirini təriflədi

   Putin yeni müdafiə nazirini təriflədi
  17 May 2024    Oxunub:860
"Rusiyanın müdafiə naziri Andrey Belousov ölkənin ən yaxşı iqtisadçılarından biridir. O, Müdafiə Nazirliyinin fəaliyyətini bütün idarələrlə əlaqələndirməyi bacarır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"O, Müdafiə Nazirliyini yeniliklər üçün açmalıdır”, - Rusiya lideri Harbində keçirdiyi mətbuat konfransında bildirib.

Putin eyni zamanda keçmiş müdafiə naziri Sergey Şoyqunun da bu istiqamətdə müəyyən addımlar atdığını bildirib. Putinin sözlərinə görə, yeni müdafiə naziri üçün bu işləri həyata keçirmək asandır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti