Rusiyada hərbi akademiyada partlayış: 7 yaralı

Rusiyada hərbi akademiyada partlayış:    7 yaralı
  17 May 2024    Oxunub:1197
Rusiyanın Sankt-Peterburq şəhərində, Tixoretski prospektində yerləşən Hərbi Rabitə Akademiyasında partlayış meydana gəlib.
AzVision.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov məlumat verib.

Onun sözlərinə görə, partlayış terror hadisəsi deyil.

Partlayışda 7 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Rusiya   hadisə   partlayış  





Xəbər lenti