Tramp: ABŞ-ı axmaqlar idarə edir

      Tramp:    ABŞ-ı axmaqlar idarə edir
  18 May 2024    Oxunub:861
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkəsini axmaqlar və səriştəsiz insanlar idarə edir.
O, bu fikri Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Cozef Bayden ölkə tarixində ən pis prezidentdir.

"Bu ölkəni belə axmaqlar idarə edir. Yaxın beş ayda özümüzü Üçüncü Dünya müharibəsində tapa bilərik, çünki səriştəsiz adamlarımız var, o (ABŞ lideri Cozef Bayden - Qeyd) bacarıqsız insandır".

Keçmiş prezident ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi söz azadlığının qorunmasına arxalanaraq, Baydenə qarşı açıq şəkildə təhqiramiz ifadələr işlədir. Nə qədər ki, Tramp zorakılığa təhrik etmək kimi müəyyən edilmiş sərhədləri keçməyib, o, ölkənin qanunlarını pozmur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti