Zoran Milanoviç: Xorvatiya ilə Azərbaycanı çoxillik dostluq əlaqələri bağlayır

      Zoran Milanoviç:    Xorvatiya ilə Azərbaycanı çoxillik dostluq əlaqələri bağlayır
  25 May 2024    Oxunub:1115
Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
AzVision.az -ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

AzVision.az



Teqlər:





Xəbər lenti