Müdafiə nazirinin müavini İtaliyada səfərdədir

   Müdafiə nazirinin müavini İtaliyada səfərdədir
  20 İyun 2024    Oxunub:669
Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliyaya səfər edib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti