İstanbulda əməliyyat: 10 əcnəbi saxlanıldı

      İstanbulda əməliyyat:    10 əcnəbi saxlanıldı
  27 İyun 2024    Oxunub:937
Türkiyə polisi İstanbulda "İslam Dövləti" terror qruplaşmasına qoşulmaqda şübhəli bilinən on əcnəbini saxlayıb. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
“İstanbulun 7 rayonunda 17 ünvanda əcnəbi terrorçu kimi dövlət üçün təhlükə törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib”, - deyə agentlik yazıb.

Polisin tədbirləri nəticəsində on əcnəbi saxlanılıb, barələrində istintaq-əməliyyat tədbirləri başlanılıb. Şübhəlilərin milliyyəti açıqlanmır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya daha əvvəl altı vilayətdə İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 30-dan çox şəxsin saxlanıldığını açıqlamışdı.

Qeyd edək ki, bir il ərzində 3,5 mindən çox şübhəli yaxalanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti