Regionlarda istirahət neçəyədir?

  Regionlarda istirahət  neçəyədir?
  23 İyul 2024    Oxunub:1290
Yay mövsümünün gəlişi ilə istirahət üçün regionlara üz tutanların sayı artır. Kimisi hotellərdə qalır, kimisi isə ev kirayələyir.
Bəs, regionlarda qiymətlər necədir?

Bir gecəsi 842 manatdır: Azərbaycanda bahalı istirahətin QİYMƏTİ
Turizm üzrə ekspert Rəhim Qədirov AzVision.az -a bildirib ki, quru sərhədlərin bir neçə ildir bağlı olması daxili turizmin inkişafına təkan verib. Bunun nəticəsidir ki, son zamanlar vətəndaşlar istirahət üçün xarici ölkələrə deyil, məhz regionlarımıza üz tuturlar:

“Buna görə də regionlardakı yerləşmə müəssisələrində, mehmanxanalarda, hotellərdə, evlərdə, hostellərdə qiymət artımları müşahidə olunur. Eyni zamanda regionlarda 3-4 ulduzlu hotellərin sayı təəssüf ki, azdır. Bu da qiymət bahalılığına gətirib çıxarır. Nəticədə istirahət etmək istəyənlər həftə sonları yer tapmadığı üçün kirayə evlərə, istirahət mərkəzlərində yerləşən kotteclərə üz tuturlar”- Qədirov deyib.

Ekspert qeyd edib ki, kirayə evlərin qiymətləri 60 manatdan başlayaraq 300-400 manata qədər yüksəlir:

“Qiymətlər komfortuna, otaq sayına bir çox başqa xidmətlərə görə dəyişir. İstirahət mərkəzlərində iki nəfərlik kotteclərin qiyməti bir gecə üçün təxminən 80-90 manat və yuxarı olur. Bunlar həftə sonu üçün qiymətlərdir. Həftə içi qiymətlər fərqli olur. Otellərdə ümumiyyətlə qiymət siyasəti daha çox insanların tələbatından asılıdır. Yəni istirahət edən nə qədər çox olarsa, qiymət bir o qədər də baha olacaq”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   turizm   istirahət   yaymövsümü  





Xəbər lenti