Almaniya Yaxın Şərqə uçuşları daha bir həftə təxirə salıb

   Almaniya Yaxın Şərqə uçuşları daha bir həftə təxirə salıb
  19 Avqust 2024    Oxunub:891
Almaniyanın "Lufthansa" dövlət hava yolları şirkəti Yaxın Şərqdə "mümkün eskalasiya" təhlükəsinə görə regiondakı bir sıra şəhərə uçuşlarını 26 avqustadək yenidən təxirə salıb.
Şirkətin yaydığı məlumata əsasən, həmin şəhərlər Tel-Əviv, Tehran, Beyrut, Əmman və Ərbildir. Eyni zamanda, şirkətə məxsus təyyarələrin "İran və İraqın hava məkanına girməyəcəyi" vurğulanıb.
Fransa Beyruta uçuşları yenidən təxirə salıb

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar artıq 10-dan çox aviaşirkət bu regiona, xüsusilə İsrail və Livana uçuşları dondurub. Ötən günlərdə Fransanın dövlət hava yolları şirkəti "Air France" və onun törəməsi "Transavia France" da Livanın paytaxtı Beyruta uçuşlarını dayandırıb. Şirkətin bəyanatına əsasən, "vəziyyət yenidən qiymətləndiriləndə uçuşların bərpası nəzərdə tutulur". Hindistanın dövlət hava yolları şirkəti "Air India" da İsrailə uçuşları oktyabrın sonunadək təxirə salıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Yaxın-Şərq   təyyarə   təxirəsalma  





Xəbər lenti