Yeni pandemiya Ukraynadan başlaya bilər

Yeni pandemiya Ukraynadan başlaya bilər
  04 Sentyabr 2024    Oxunub:1353
Britaniyalı həkimlər yaralanmış ukraynalı əsgəri müalicə edərkən şoka düşüblər. Tibb işçiləri əsgərin bədənində hətta antibiotiklərin güclü kombinasiyasına belə reaksiya verməyən superbakteriya aşkar ediblər.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, bu səbəbdən əsgərin ayağı amputasiya olunub.

NYT: "Poltavanın vurulması Kiyevi ruhdan salıb"
Rusiya mediası isə iddia edir ki, belə antibiotiklərə davamlı bakteriyalar qlobal səviyyədə təhlükə yaradır: "Bu superbakteriyalar koronavirus pandemiyasından daha çox itkilər vəd edir".

Söhbət 35 yaşlı hərbçidən gedir. Ukrayna Silahlı Qüvvələrinin əsgəri olan bu döyüşçü qəlpə yaraları aldıqdan sonra Londonun Müqəddəs Georgi xəstəxanasında müalicə alırmış.

Həkimlər ukraynalının sol ayağını müayinəe dərkən yaranın bakterial infeksiya ilə güclü şəkildə irinlədiyini görüblər. O, bu səbəbdən beş antibiotikin qarışığı ilə müalicə olunub. Hətta ağır yan təsirləri ilə tanınan məşhur "kolistin" də istifadə edilib. Lakin patogen məhv olmaq əvəzinə sağ qalmağı bacarıb. Həkimlər əlacsız şəkildə ayağı dizdən aşağı amputasiya etməli olublar.

Təxminən son 20 il ərzində həkimlər antibiotiklərin artıq təsirsiz vasitələrə çevriləcəyi barədə xəbərdarlıqlar edirdilər. Elm adamları məhz bu səbəbdən bizi bakteriyalarla bağlı acınacaqlı gələcək gözlədiyini söyləyirdilər. Artıq xəstəxana palatasında aşkarlanan bu superbakteriya vəziyyətin ciddi olmasından xəbər verir. Bundan sonra ən yaxşı xəstəxanalarda belə cərrahlar orta əsr üsullarına qayıtmağa(yaraya görə amputasiya-red.) məcbur olacaqlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Əsgər   Pandemiya  





Xəbər lenti