"Sülh müqaviləsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb" - Mirzoyan

   "Sülh müqaviləsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb" -    Mirzoyan
  09 Sentyabr 2024    Oxunub:250
"Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə deyib.

“Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil" - Simonyan
Onun sözlərinə görə, hazırda sülh sazişinin tezliklə imzalanması üçün real şans var.
“16 maddə var. Onlardan 13-ü artıq tam razılaşdırılıb. Yerdə qalan 3 maddə isə qismən razılaşdırılıb. Baş nazir çıxışında 17 maddədən danışıb. Görünür, o, həm də preambulanı nəzərdə tutub”, - nazir bildirib.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında sənədin 17 maddəsindən 13-nün razılaşdırıldığını söyləmişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülh   XİN  





Xəbər lenti