Ermənistan FHN-nin keçmiş rəhbəri bir sıra ittihamlarla təqsirli bilinib

   Ermənistan FHN-nin keçmiş rəhbəri bir sıra ittihamlarla təqsirli bilinib
  09 Sentyabr 2024    Oxunub:283
Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyana qarşı bir sıra ittihamlar irəli sürülüb.
Yerli medianın yaydığı məlumata görə artıq istintaqçılar onun təqsirini sübut ediblər.

"Hakim Tiqran Davtyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində hökm çıxarılıb. O xüsusən Fövqəladə Hallar Nazirliyinin sabiq rəhbəri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaq və dələduzluqda təqsirli bilinib", - Sputnik Armeniya yazıb.

Erməni naziri "KQB zirzəmisi"nə saldılar
Məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə sentyabrın 20-də keçiriləcək əlavə iclasda baxacaq.

Xatırladaq ki, Andranik Piloyan 2022-ci il martın 31-də vəzifədə olarkən saxlanılıb. Nazirin vəzifədə ola-ola həbs edilməsi ölkə tarixində ilk hadisə idi. 2022-ci ilin oktyabrında Piloyan 36,5 min dollar girov müqabilində həbsdən azad edilmişdi.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Nazir   Həbs  





Xəbər lenti