Kükürd qazlı termal sular niyə təhlükəlidir? - Açıqlama |
"“İstisu"nun faydaları isə daha çoxdur. Mədə turşuluğu (hiperasid qastrit) çox olanlara, o cümlədən uroloji problemləri olan xəstələrə bu sudan acqarına, yeməkdən yarım saat qabaq gündə bir və ya iki dəfə səhər və axşam, səhhətində problem olmayanlara isə yeməkdən 10 dəqiqə əvvəl içmək məsləhət görülür.
Hələ sovet dövründən müalicəvi məqsədlə, mədə-bağırsaq xəstəliklərinin müalicəsində "İstisu"dan istifadə edilib. Mədə-bağırsaq problemi olan xəstələr bu suyu içməklə şəfa tapırdılar. MDB ölkələrində "İstisu" mineral suyunun böyük şöhrəti vardı. Kəlbəcərdə yerləşən "İstisu" sanatoriyasına başqa ölkələrdən müalicə məqsədilə gəlirdilər. Çünki, bu su orqanizmdə metobolozmi gücləndirir. Metobolizm güclü olduqda isə orqanizm sağlam olur.
Onun tərkibindəki kükürd və digər mineral maddələr orqanizminə həddən artıq faydalıdır. Bu cür suların davamlı qəbulu əlavə problemlər yarada, məsələn, mədə-bağırsağın işi və mikroflorası pozula bilər. Bu su müalicəvidir və istifadəsi zamanı bunu nəzərə almaq lazımdır. Daha çox yaz-payız aylarında içilməsi məsləhət görülür. Müalicəvi sxemlə (15, 21, 30 gün) “İstisu”yu içdikdən sonra bir qədər ara verilməlidir. Uzun müddət davamlı içmək olmaz. Yeməkdən sonra içilməməlidir".
Qeyd edık ki, “İstisu”yun qazı emal zamanı xüsusi qaydada çıxarılır və qablaşdırılarkən onun içinə vurulur. Mağazadan onu alıb içəndə öncə qazının çıxmasını gözləməliyik. Bu mineral su ilıq halda içilməlidir. Ağzı açıldıqdan sonra 0+6 dərəcədə saxlanmalıdır. Əgər soyuducuya qoysaq, öncədən çıxarıb ilıqlanmasını gözləməli, sonra içməliyik.
Həmidə İbrahimova
AzVision.az