"Rusiya sülh prosesində konstruktiv rol oynayır" - Mirzoyan

   "Rusiya sülh prosesində konstruktiv rol oynayır" -    Mirzoyan
  10 Sentyabr 2024    Oxunub:455
"Rusiyanın Ermənistan-Azərbaycan sülh prosesində rolu konstruktivdir".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

"Sülh müqaviləsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb" - Mirzoyan
“Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən, vasitəçilik prosesinə başlayan ölkədir. Bu, rol sonradan ABŞ, Aİ, Fransa və Almaniya kimi digər ölkələr və tərəfdaşlar tərəfindən davam etdirildi.

Amma biz başa düşürük ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşmür”, - deyə Mirzoyan bildirib.

Eyni zamanda erməni nazir Lavrovun forumda iştirak etmək üçün Ermənistana gəlməməsindən də təəssüfləndiyini bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   sülh  





Xəbər lenti