BRİKS sammitində Ərdoğan və Putinin görüşü gözlənilir

   BRİKS sammitində Ərdoğan və Putinin görüşü gözlənilir
  11 Sentyabr 2024    Oxunub:775
BRİKS təşkilatının oktyabrın 22-24-də Kazanda baş tutacaq sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin görüşü planlaşdırılır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavabında vurğulayıb.

Xatırladaq ki, rəsmi Ankara ötən günlərdə BRİKS-ə üzvlüklə bağlı müraciət göndərib. Türkiyə hökumətinin adları açıqlanmayan nümayəndələrinin "Bloomberg" xəbər agentliyinə verdiyi məlumata görə, "Ankaranın məqsədi "ənənəvi Qərb müttəfiqlərinə alternativ kimi sözügedən təşkilata üzv ölkələrlə yeni qarşılıqlı əlaqələr yaratmaq"dır.

"Çünki Türkiyə hökumətinin fikrincə, geosiyasi ağırlıq mərkəzi artıq inkişaf etmiş ölkələrdən uzaqlaşmaqdadır", - "Bloomberg" yazır.
Putinin köməkçisi: "MDB liderləri BRİKS sammitinə dəvət ediliblər"

Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov da məlumatı təsdiqləyərək, sammitə "BRİKSƏ-ə üzvlük və ya əməkdaşlıqlıq üçün müraciət ünvanlayan ölkələrin liderlərinin çağırıldıqlarını" diqqətə çatdırıb.

Sözügedən sammitdə Azərbaycanın da müraciəti nəzərdən keçirilə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Rusiya   BRİKS   prezident   görüş  





Xəbər lenti