Pezeşkiandan İslam ölkələrinə çağırış: "Aİ-dən nümunə götürək!"

Pezeşkiandan İslam ölkələrinə çağırış:    "Aİ-dən nümunə götürək!"
  11 Sentyabr 2024    Oxunub:268
İran prezidenti Məsud Pezeşkian diqqət çəkən açıqlamalar verib.
İran prezidentinin saytında yayılan məlumata görə, o, iraqlı həmkarı ilə görüşdə müsəlman aləminə çağırış edib. Pezeşkian Avropa İttifaqından nümunə götürərək İslam ölkələri arasında sərhədlərin ləğv edilməsini istəyib.

O, İran ilə İraq arasında çoxillik və güclü əlaqələrə diqqət çəkib. İran rəhbəri həmçinin müsəlman ölkələrinin vahid birliyinin yaradılmasının vacibliyini vurğulayıb. Pzeşkianın fikrincə, İslam dünyasında birliyin gücləndirilməsi Qərbin sanksiyalarını səmərəsiz edəcək.

Qeyd edək ki, Pezeşkianın İraqa gəlişi onun prezident kimi ilk xarici səfəri kimi tarixə düşüb.
Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti