Hind quşu məhsullarında bakteriya aşkarlanıb

   Hind quşu məhsullarında bakteriya aşkarlanıb
  13 Sentyabr 2024    Oxunub:1647
Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti