Tramp Rusiya ilə əməkdaşlığı sərfəli sayır

   Tramp Rusiya ilə əməkdaşlığı sərfəli sayır
  18 Sentyabr 2024    Oxunub:1102
Birləşmiş Ştatlar Rusiya və Çinlə əməkdaşlıqdan imtina etməməlidir.
AzVision.az xəbər verir ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Miçiqan ştatının Flint şəhərində tərəfdarları qarşısında çıxış edərkən belə deyib.

“Çinlə iş görmək yaxşıdır, sadəcə olaraq, ədalətli şərtlər lazımdır. Rusiyanın çoxlu mineral ehtiyatları var. Biz işləri əla apara bilərik və hamı da xoşbəxt olacaq”, - ABŞ-nin keçmiş lideri vurğulayıb.

Tramp, habelə prezidentliyi dövründə Rusiya prezidneti Vladimir Putin və Çinin sədri Si Cinpinlə yaxşı əlaqələrinin olduğunu xatırladıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Çin  





Xəbər lenti