Özbəkistanın “Qara siyahı”sı olacaq

Özbəkistanın “Qara siyahı”sı olacaq
  21 Sentyabr 2024    Oxunub:888
Özbəkistan Senatı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz elan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərin qəbul edilməsinə səbəb əcnəbilərin ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə çıxışlar etməsi hallarının artması olub. Özbəkistanda qalması arzuolunmaz şəxslərin reyestrini ölkənin Xarici İşlər Nazirliyi tərtib edəcək.

“Qara siyahı”ya düşənlərin ölkədən çıxması üçün 10 gün vaxt veriləcək. Həmin şəxs bu müddət ərzində Özbəkistanı tərk etməsə, məcburi qovulacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti