BMT-də "Gələcəyin Paktı" qəbul olunub

BMT-də    "Gələcəyin Paktı"    qəbul olunub
  23 Sentyabr 2024    Oxunub:804
BMT-nin Baş Assambleyası bəzi dövlətlərin, o cümlədən Rusiyanın etirazlarına baxmayaraq, “Gələcəyin Sammiti”nin əsas sənədini – Gələcəyin Paktını qəbul edib.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, doqquz aylıq danışıqlardan sonra 22-23 sentyabrda Nyu-Yorkda keçirilən “Gələcək Sammiti”nin ilk günündə qəbul olunan "Gələcəyin Paktı"nda 56 ümumui müddəa yer alıb ki, beynəlxalq təşkilatın iştirakçıları onları yerinə yetirmək barədə öhdəlik götürüblər.

Sammitdə Rusiyanın Xarici İşlər nazirlinin müavini Sergey Verşinin bir qrup dövlət - Rusiya, Belarus və Nikaraqua adından digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan düzəliş təklif edib. Ümumi səsvermə yolu ilə bu düzəlişə baxılmasına imtina edildikdən sonra Rusiya sənədlə bağlı konsensusa qoşulmayıb.

"Gələcəyin Paktı"nın lehinə 143 ölkə səs verib, düzəlişi təkli edən dövlətlərdən başqa Şimali Koreya, Suriya, Sudan və İran da sənədin əleyhinə çıxıb, 15 ölkə isə bitərəf qalıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   Gələcək   POakt   Rusiya  





Xəbər lenti