ABŞ Kiyevə 375 milyon dollarlıq hərbi yardım paketini elan edəcək

ABŞ Kiyevə    375 milyon dollarlıq    hərbi yardım paketini elan edəcək
  24 Sentyabr 2024    Oxunub:873
ABŞ sentyabrın 25-də Kiyevə 375 milyon dollar məbləğində yeni hərbi yardım paketini elan edəcək.
Bu barədə Amerikanın Səsi radiosu adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

"Zelenski tarixin ən yaxşı taciridir!" - Tramp
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, yardım paketinə F-16 qırıcıları üçün “hava-yer” tipli raketlər, həmçinin HIMARS sistemləri üçün nəzərdə tutulmuş döyüş sursatları daxil ediləcək. Amerikalı rəsmi onu da əlavə edib ki, ABŞ həmçinin Kiyevə patrul katerləri və zirehli maşınlar, 155 və 105 millimetrlik artilleriya sursatları verəcək. Mənbələrin sözlərinə görə, paket hələlik tam hazır deyil, sənədlər yekunlaşmaq üzrədir. Ona görə də yardımlarda dəyişikliklərin edilməsi mümkündür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna  





Xəbər lenti