Ukraynanın ABŞ-dəki səfiri respublikaçıları qəzəbləndirib

   Ukraynanın ABŞ-dəki səfiri respublikaçıları    qəzəbləndirib
  26 Sentyabr 2024    Oxunub:1013
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson prezident Volodimir Zelenskiyə Ukraynanın bu ölkədəki səfiri Oksana Markarovanın işdən çıxarılmasını tələb edən məktub göndərib.
AzVision.az “Ukrainskaya pravda” qəzetinə istinadən xəbər verir ki, Consonun rəsmi saytında və “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdyi məktub qətiyyətli və ultimativ formada yazılıb.

“Hörmətli prezident Zelenski, sizdən Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanı dərhal işdən çıxarmanızı tələb edirəm. Səfir Markarova burada Kamala Harrisin aparıcı silahdaşının rəhbəri olduğu ABŞ-nin əsas ştatında istehsalat müəssisəsinə sizin baş çəkdiyiniz tədbiri təşkil edib. Tədbirdə bir nəfər də olsun respublikaçı yox idi, çünki qəsdən heç bir respublikaçı dəvət olunmayıb. Bu səfər açıq-aydın demokratlara kömək etmək üçün hazırlanmış bir partiya tədbiri idi və şübhəsiz ki, Ukrayna tərəfinin seçki prosesinə müdaxiləsinə çevrildi”, - Mayk Consonun Volodimir Zelenskiyə məktubunda deyilir.

Nümayəndələr Palatasının sədri bundan sonra respublikaçıların səfir Markarovanın ABŞ-də diplomatik funksiyalarını vicdanla və effektiv şəkildə yerinə yetirmək qabiliyyətinə inamını itirdiyini vurğulayraq, Zelenskiyə Ukrayna səfirinin “dərhal vəzifəsindən azad edilməsi” tələbini təkrarlayıb.

Mayk Conson həmçinin Respublikaçılar Partiyasından prezidentliyə namizədlər siyashısının başında duranların Ukrayna hökumətinin rəsmiləri tərəfindən mediada hədəfə alındığından şikayətlənib. Məktubun sonunda Conson Volodimir Zelenskidən təcili tədbir görəcəyini gözlədiyini bildirib.

NR: "Kamala Harris Ukraynanı qurban verir"
Qeyd edək ki, bir qrup konqresmen Zelenskinin Pensilvaniya ştatının Skrenton şəhərinə səfəri zamanı Amerika qanunlarının mümkün pozuntularının araşdırılmasını tələb ediblər. Məktubda deyilir ki, prezident seçkiləri ərəfəsində yüksək rütbəli demokrat məmurların Zelenskini müşayiət etməsi, federal məmurların vəzifə borclarını yerinə yetirərkən siyasi fəaliyyətlərdə iştirakına qadağa qoyan yerli qanunun pozulması kimi qiymətləndirilə bilər.

“Reuters” agentliyinin yazdığına görə, Ukraynanın ABŞ-dəki səfirliyi Mayk Consonun və respublikaçı konqresmenlərin tələbləti ilə bağlı məsələni hələ ki, şərh etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   səfir  





Xəbər lenti