"Türkiyə sülh müqaviləsinin imzalanmasında iştirak etməlidir" - Koçaryan

   "Türkiyə sülh müqaviləsinin imzalanmasında iştirak etməlidir"    - Koçaryan
  27 Sentyabr 2024    Oxunub:1222
"Türkiyə regionda əsas oyunçu kimi sülhün bərqərar olunmasında, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında iştirak etməlidir".
Bu fikri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan deyib.

Yerli medianın yaydığı məlumata görə, deputat Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan rəsmi Bakı ilə danışıqlarda kömək istəməsi ilə bağlı xəbərləri müsbət şərh edib.

O qeyd edib ki, Türkiyə regional proseslərdə açar rolunu oynayan iştirakçıdır və Azərbaycanın ən yaxın müttəfiqidir: "44 günlük müharibə zamanı biz bunu kəskin şəkildə hiss etdik... Amma sülhə nail olmaq üçün bütün mövcud resurslardan istifadə etməliyik və Türkiyənin də proseslərdə iştirakı lazımdır”, - Köçəryan vurğulayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti