"Qatar Airways" Ermənistana uçuşları qeyri-müəyyən müddətə dayandırıb

"Qatar Airways" Ermənistana uçuşları qeyri-müəyyən müddətə dayandırıb
  02 Oktyabr 2024    Oxunub:613
İranın İsrailə raket hücumları fonunda "Qatar Airways" Ermənistana uçuşları qeyri-müəyyən müddətə dayandırıb.
Bu barərədə Ermənistan mediası məlumat yayıb. Saytlar Ermənistanın Mülki Aviasiya Komitəsinə istinad ediblər.

İran İsrailə hücumla bağlı ABŞ-yə xəbərdarlıq edib
Qeyd edilib ki, oktyabrın 1-i saat 20:40-da Dohadan İrəvana uçmalı olan reys də ləğv edilib. Eyni zamanda, oktyabrın 3-də saat 00:50-də İrəvana çatması planlaşdırılan reys Zvartnots hava limanının cədvəlində qalıb. Maraqlıdır ki, uçuş hələ də ləğv edilməyib.
Mülki Aviasiya Komitəsi qeyd edib ki, hazırda regionda uçuşların kütləvi şəkildə ləğvi gözlənilmir.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə 400-dən çox ballistik raket atıb. İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) iddia edib ki, raketlərin 80%-hədəfə çatıb. İsrail rəsmiləri hücumun insan tələfatı ilə nəticələndiyini təsdiqləyib və Tehranı qisasla hədələyib. İran da öz növbəsində bildirib ki, İsrailin bundan sonrakı hər hansı təcavüzkar hərəkətinə daha güclü cavab veriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan   Uçuş  





Xəbər lenti