İsrail Yaxın Şərqin istənilən nöqtəsinə hücum edə biləcəyini bildirib

İsrail Yaxın Şərqin istənilən nöqtəsinə hücum edə biləcəyini bildirib
  02 Oktyabr 2024    Oxunub:837
“İsrail İranın kütləvi raket hücumuna cavab verəcək, İsrail ordusu Yaxın Şərqin istənilən nöqtəsinə hücum etmək iqtidarındadır və bunu sübut etməyə hazırdır.”
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Dünən İran İsrail Dövlətinə təxminən 200 raket atdı. İran mülki ərazilərə hücum etdi və bir çox mülki vətəndaşın həyatını təhlükəyə atdı. Mülki vətəndaşların düzgün davranışı və keyfiyyətli mühafizəsi sayəsində dəyən zərər nisbətən azdır. Biz cavab verəcəyik, vacib hədəfləri necə tapacağımızı, dəqiq və güclü zərbələri necə endirəcəyimizi bilirik. Bizim Yaxın Şərqin istənilən yerinə çatmaq və hücum etmək imkanımız var. Bunu hələ dərk etməyən düşmənlərimiz də tezliklə başa düşəcəklər.”, - deyə ordunun mətbuat xidməti onun çıxışının videosunu yayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti