Rusiya Ukraynaya atdığı mərmilərin yarısını KXDR-dən alır - "The Times"

   Rusiya Ukraynaya atdığı mərmilərin yarısını KXDR-dən alır    - "The Times"
  05 Oktyabr 2024    Oxunub:1002
Qərb kəşfiyyatının məlumatına görə, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi mərmilərin yarısı (Təxminən ildə üç milyon) Şimali Koreyadan gəlir.
Bu fikirlər “The Times”da dərc olunan məqalədəndir.
Nəşr xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bu ilin əvvəlində Kim Çen Inla müdafiə sahəsində saziş imzalamaq üçün Pxenyana səfər edib. Bununla da Kreml Ukraynanın şərqində qazandığı torpaqları qorumaq üçün qapalı, avtoritar dövlətdən asılı vəziyyətə düşüb.

Putin Şimali Koreyaya niyə gedir? - Pxenyan Moskvaya 5 milyon mərmi ötürüb
“Əksər mərmilərin yararsız olmasına baxmayaraq, onların sayı Rusiyaya bu yaxınlarda Ukraynanın şərqindəki Uqledar şəhərini ələ keçirməyə imkan verdi. Bu mərmilər davamlı uğur qazanmağa şərait yaradır”, - müəllif yazıb.

Məqalədə o da vurğulanıb ki, Rusiya ordusu hazırda Ukraynada böyük itkilər verir. Ruslar gündə 1200 hərbçi itirirlər. Onlardan 480-i təkcə Donetsk vilayətinin Pokrovsk şəhəri uğrunda gedən döyüşlərdə öldürülüb və ya yaralanıb.

Qərb kəşfiyyatının məlumatlarına görə, Rusiya Federasiyası hələ ki, kütləvi səfərbərlik olmadan eyni vaxtda həm Pokrovski ələ keçirə, həm də Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxara bilmir: "Rusiya hakimiyyəti hələ də bu addımı atmaqda maraqlı görünmür".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Şimali-Koreya   Mərmi   Ukrayna  





Xəbər lenti