Ali Məhkəməyə yeni hakimlər təyin edilib

   Ali Məhkəməyə yeni hakimlər təyin edilib
  08 Oktyabr 2024    Oxunub:424
Ali Məhkəməyə yeni hakimlər təyin edilib.
Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında layihə müzakirə olunub. Belə ki, İlqar Cəfərov, Sərvər Vəliyev, Raqib Qurbanov, Vüsalə Baxışova və Rəşad Həsənov Ali Məhkəmənin hakimləri təyin edilib. Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Qeyd edək ki, İlqar Cəfərov 2020-2024-cü illərdə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi olub, Sərvər Vəliyev isə 2022-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Mülki və iqtisadi qanunvericilik sektorunun müdiri olub. Raqib Qurbanov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Vüsalə Baxışova 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi, Rəşad Həsənov 2020-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti