"Xocavənddə turizm infrastrukturu qurulur" -Turizm Agentliyinin baş memarı
Baş memar 9-10 oktyabrda jurnalistlər üçün "Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil olunmuş mediatur zamanı AzVision.az -a açıqlamasında qeyd edib ki, layihələrin həyata keçirilməsində başllıca məqsəd yaşayış məntəqələrinin mühafizəsidir.
"Hazırda Xınalıq, Şəki və Basqalda yaşayış Şəkidəki layihə üzrə tamamlanma işləri aparılır, bu yaxınlarda təhvil verilməsi nəzərdə tutulur. Basqalda evlərin və məscidin bərpa işləri davam edir. Eləcə də Lahıcda, Şahbulaqda da tikinti işlərinə başlanılacaq. Tikilən obyektlər arasında turizm infrustrukturları, muzeylər, inzibati binalar və s. yer alır. Bütün işlər qanunvericiliyin mərhələləri üzrə həyata keçirilir", - Nizami Qasımov deyib.
O bildirib ki, Agentliyin Qarabağda da layihələri var. Xocavəndin Tuğ kəndində turizm infrastrukturunun qurulmasına başlanılıb.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: