Bahar Muradova: Məişət zorakılığı üzrə altı qanuna dəyişikliklər edilib

 Bahar Muradova:  Məişət zorakılığı üzrə altı qanuna dəyişikliklər edilib
  10 Oktyabr 2024    Oxunub:1012
Məişət zorakılığı ağır sosial bəladır. Onun fəsadları özünü cəmiyyətin və ailənin həyatında ağır şəkildə büruzə verir.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.

B. Muradova qeyd edib ki, bu məsələ ilə bağlı cəmiyyətdən gələn çağırışlara açıq olmaq lazımdır. "Bu istiqamətdə müraciət etdiyimiz əsas sənəd "Məişət zorakılığı haqqında" Qanundur. Biz növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik. Ümumilikdə məişət zorakılığı üzrə altı qanuna və beş fərmana dəyişikliklər edilib.

Bunları inqilabi dəyişikliklər hesab etmək olar. İlk olaraq məişət zorakılığına dair subyektlərin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, qısamüddətli orderlərin verilməsi prosesi artıb. Eyni zamanda, məişət zorakılığından əziyyət çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilir".

AzVision.az





Teqlər:





Xəbər lenti