Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

   Cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
  14 Oktyabr 2024    Oxunub:404
2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək. Qeyd edək ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda təşkil edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti