"Hizbullah" İsrailin donanma bazasına zərbə endirib

   "Hizbullah" İsrailin donanma bazasına zərbə endirib
  14 Oktyabr 2024    Oxunub:1040
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrailin Heyfa şəhəri yaxınlığındakı "Stella Maris" hərbi dəniz bazasına raket hücumu həyata keçirib.
Bu barədə təşkilat bəyanat yayıb. Bildirilib ki, hücum qruplaşmanın sabiq lideri Həsən Nəsrullahın Beyrutda öldürülməsinə cavab məqsədi daşyır.

İsrail tərəfi hücum barədə hələlik şərh verməyib.

Digər tərəfdən, İsrail Ordusunun mətbuat xidmətinin məlumatına əsasən, terrorçuların İsrailin Qolan təpələri ərazisindəki hərbi bazasına PUA hücumu nəticəsində 4 hərbçi həyatını itirib, 2-si isə xəsarət alıb.

Qallant: "Hizbullah" üçün hələ çox sürprizimiz var"

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti